525.Az

Rusiyadan Ukraynaya ən böyük hava zərbəsi - 4 ölü, 44 yaralı


 

Rusiyadan Ukraynaya ən böyük hava zərbəsi - <b style="color:red"> 4 ölü, 44 yaralı</b>

Ötən gün Rusiya müharibə başlayandan bəri Ukraynanın paytaxtı Kiyevə ən böyük hava hücumunu həyata keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, hücum ilk dəfə hökumət binasını hədəf alıb.

Zelenski Rusiya qüvvələrinin paytaxt Kiyevə endirdiyi hava hücumunda 800-dən çox pilotsuz uçuş aparatı (PUA), 4 ballistik raket və 9 qanadlı raketdən istifadə etdiyini açıqlayıb.

Ukrayna prezidenti vurğulayıb ki, hücumlarda 4 nəfər ölüb, 44 nəfər yaralanıb.

İbrahim Cəfərov

 





08.09.2025    çap et  çap et