ABŞ prezidenti Donald Tramp Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı HƏMAS-a müraciət edib.
525.az xəbər verir ki, “Truth Social” platformasındakı paylaşımında Tramp bildirib ki, bu, son xəbərdarlığıdır.
“Hər kəs əsirlərin evlərinə qayıtmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin! İsraillilər mənim şərtlərimi qəbul ediblər və HƏMAS-ın da eyni şeyi etməsinin vaxtı çatıb”, - deyə ABŞ prezidenti bildirib.
HƏMAS-ın atəşkəs təklifini qəbul etməyəcəyi halda, hansı nəticələrlə üzləşəcəyi barədə D.Tramp bildirib ki, bu, son xəbərdalıqdır: “Bir daha xəbərdarlıq etməyəcəm”.
Xatıradaq ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 64 368 fələstinli ölüb, 162 367 nəfər isə yaralanıb.
İbrahim Cəfərov
çap et