525.Az

Balıkesirdə növbəti dəfə zəlzələ oldu


 

Balıkesirdə növbəti dəfə <b style="color:red"> zəlzələ oldu</b>

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 23:03-da 4.5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar 6.93 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Qeyd edək ki, Sındırğı rayonunda son bir ayda ardıcıl yeraltı təkanlar qeydə alınır. Avqustun 10-da eyni ərazidə 6.1, avqustun 13-də 4.2 və 3.5, avqustun 28-də 4.2, sentyabrın 2-də isə 4 bal gücündə zəlzələ olub.

İbrahim Cəfərov

 





08.09.2025    çap et  çap et