525.Az

BŞTİ "Azərbaycan tarixi " aylığına start verdi


 

BŞTİ "Azərbaycan tarixi " aylığına start verdi<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində "Azərbaycan tarixi " aylığının keçirilməsinə başlayıb.

BŞTİ-nin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı 525.az-a açıqlamasında nildirib ki, aylıq dekabrın 25-də yekunlaşacaq. Aylığın məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkilidir.

Z.Əlıqızı qeyd edib ki, "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" adlı Azərbaycan tarixi aylığının yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb: “Aylıq fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı "Açıq dərs", şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə və sair.) nominasiyaları üzrə keçirilir. Azərbaycan tarixi fənn aylığında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri və VII-XI sinif şagirdləri iştirak edə bilər”.

Aylıq 3 mərhələdə keçirilir. Aylığın yekun tədbirində qaliblər mükafatlandırılacaq. Aylıq çərçivəsində ölkənin tanınmış tarixçilərinin, tarix kitablarının müəlliflərinin və tarix müəllimlərinin iştirakı ilə "Ümumtəhsil müəssisələrində Azərbaycan tarixi necə tədris olunur?" mövzusunda tədbir də keçiriləcək.

S.QARAYEVA

 





26.11.2012    çap et  çap et