Böyük Britaniyada arxeoloqlar qazıntı zamanı 317 insan skeleti aşkarlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Qloster şəhərində, köhnə univermağın yerləşdiyi ərazidə aşkarlanıb.
"Debenhams" univermağı söküldükdən sonra həmin ərazidə yerli universitet üçün yataqxananın inşasına başlanılıb. Paralel olaraq ərazidə qazıntı aparan arxeoloqlar sözügedən tapıntını üzə çıxarıblar. Qrupun rəhbəri Kliff Beytmanın sözlərinə görə, skeletlər orta əsr insanlarına məxsusdur.
İnsan qalıqlarından əlavə qazıntı zamanı bir neçə əşya da aşkarlanıb.
Qeyd edək ki, bir neçə il əvvəl bu yerdə aparılan qazıntılar zamanı Roma İmperiyası dövrünə aid 83 insan skeleti də tapılmışdı.
L.Tağıyeva
çap et