525.Az

Azərbaycan millisinin heyətində dəyişikliklər


 

Azərbaycan millisinin heyətində dəyişikliklər<b style="color:red"></b>

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

525.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

 





08.09.2025    çap et  çap et