525.Az

"Səbail" qanalı Mustafanı transfer etdi


 

"Səbail" qanalı Mustafanı transfer etdi<b style="color:red"></b>

“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa heyətə cəlb edilib. 20 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Səbail" bu mövsüm 1-ci liqada çıxış edəcək. Komanda ilk oyununu sentyabrın 12-də evdə "Mingəçevir"ə qarşı keçirəcək.

 





08.09.2025    çap et  çap et