“Pakistan tərəfindən Ermənistanın BMT-də tanınması məsələsi gündəmdə deyil.
525.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
"Məlumatsız mənbələrə bildiririk ki, Ermənistan və Pakistan arasında BMT Nizamnaməsinin fundamental prinsiplərinə uyğun olaraq artıq diplomatik əlaqələr qurulub. Buna görə də BMT-nin tanınması məsələsi təbii ki, gündəmdə deyil. Eyni zamanda, daha əvvəl məlumat verdiyimiz kimi, iki ölkə istər ŞƏT, istər Aİİ, istərsə də qarşılıqlı maraq kəsb edən digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətlə bağlı məsələləri də müzakirə edəcək”, - XİN rəsmisi əlavə edib.
Bundan əvvəl TASS agentliyi BMT-dəki mənbələrə istinadən xəbər yayıb ki, Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir, bunun müqabilində Avrasiya İqtisadi İttifaqına qoşulması üçün “yaşıl işıq” yandırır.
Pərvanə Sultanova
çap et