525.Az

Tailandın keçmiş Baş naziri həbs edilib


 

Tailandın keçmiş Baş naziri həbs edilib<b style="color:red"></b>

Tailandın keçmiş Baş naziri Thaksin Şinavatra həbs edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsi korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən keçmiş Baş naziri bir il müddətinə azadlıqdan məhrum edib.

Thaksin Şinavatranın oğlu atasının Tailand siyasətində "mənəvi lideri" olmağa davam edəcəyini bildirib. Daha sonra baş Bazirin oğlu atası ilə fəxr etdiyini, həmçinin çətin vəziyyətdə olmalarına baxmayaraq, əhval-ruhiyyələrini yüksək tutduqlarını söyləyib.

İsgəndər Həsənov

 





09.09.2025    çap et  çap et