525.Az

Azərbaycan "VISA" ilə Anlaşma Memorandumu imzalayıb


 

Azərbaycan "VISA" ilə Anlaşma Memorandumu imzalayıb<b style="color:red"></b>

Azərbaycan və "VISA" şirkəti arasında müasir maliyyə həllərinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, "VISA" şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.

Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb. 

"Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan Anlaşma Memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək."- M. Cabbarov qeyd edib.

 





09.09.2025    çap et  çap et