Meksikada ağır qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Atlakomulko şəhərində yük qatarı ikimərtəbəli avtobusla toqquşub. Qəza nəticəsində 10 nəfər ölüb, 61 nəfər yaralanıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Qeyd edək ki, dünən də Atlakomulkoda ağır yol qəzası baş vermişdi. Yük qatarının sərnişin avtobusuna çırpılması nəticəsində 8 nəfər ölmüş, 45 nəfər isə yaralanmışdı.
İsgəndər Həsənov
çap et