525.Az

Nepalda etirazçılar parlament binasını yandırıb - XİN başçısına hücum edib


 

Nepalda etirazçılar parlament binasını yandırıb - <b style="color:red"> XİN başçısına hücum edib</b>

Nepalda etirazçılar paytaxt Katmanduda parlament binasını ələ keçirərək yandırıblar.

525.az xəbər verir ki, bu barədə parlamentin nümayəndəsi Ekram Qiri bildirib.

"Yüzlərlə insan parlament binasını ələ keçirib və əsas binanı yandırıb", - rəsmi söyləyib.

Qeyd edək ki, xarici media Nepalın keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, ölkənin hazırkı xarici işlər naziri Arzu Rana Deubanın kütləvi etirazlar zamanı hücuma məruz qaldığını yazıb. Etirazçılar xarici işlər nazirinə məxsus özəl məktəbi də yandırıblar.

Pərvanə Sultanova

 





09.09.2025    çap et  çap et