525.Az

Hitrou hava limanının bağlanan terminalı yenidən açılıb


 

Hitrou hava limanının bağlanan terminalı <b style="color:red"> yenidən açılıb</b>

Təhlükəli material şübhəsi ilə təxliyyə edilən və təcili yardım qruplarının göndərildiyi Londondakı Hitrou Hava Limanının 4-cü terminalı heç bir mənfi material tapılmadığı üçün yenidən açılıb.

525.az xəbər verir ki, bu barədə hava limanının “X” hesabında paylaşım edilib.

“Təcili yardım xidmətləri Terminal 4-ün təhlükəsiz şəkildə yenidən açıldığını təsdiqləyib. Bugünkü uçuşların planlaşdırıldığı kimi həyata keçirilməsi üçün əlimizdən gələni edirik”, - deyə hava limanının açıqlamasında bildirilib.

Qeyd edək ki, London Metropoliten Polisinin rəsmisi hava limanında baş verən hadisəni kütləvi çaxnaşma nümunəsi kimi qiymətləndirmişdi.

Məhəmməd Tağıyev

 





09.09.2025    çap et  çap et