525.Az

U-19 millimiz uduzdu


 

U-19 millimiz uduzdu<b style="color:red"></b>

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

525.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elxan Abdullayevin çalışdırdığı millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.

 





09.09.2025    çap et  çap et