525.Az

Avropa Komissiyasının sözçüsü Trampın açıqlamasını yalanladı


 

Avropa Komissiyasının sözçüsü Trampın <b style="color:red"> açıqlamasını yalanladı</b>

Avropa Komissiyasının sözçüsü Olof Gill Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Avropa liderlərinin ABŞ-a səfər edəcəkləri barədə açıqlamasına münasibət bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidentinin açıqlamasını yalanlayıb.

O.Gill bildirib ki, hazırda Avropa liderlərinin planında belə bir səfər yoxdur.

"Hazırda belə səfər nəzərdə tutulmayıb. Təbii ki, mən Aİ-yə üzv ölkələrin adından danışa bilmərəm, amma bildiyimə görə, Vaşinqtonda Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivandan başqa lider yoxdur”, - o deyib.

Olof Gill Aİ Komissiyasının sədri Ursula fon der Leyenin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə telefon danışığı apardığını vurğulayıb. Qurum sözçüsü qeyd edib ki, söhbətin əsas mövzusu Ukrayna və Aİ-ABŞ əməkdaşlığında növbəti addımların koordinasiyası olub.

Olof Gill əlavə edib ki, Avropa Komissiyası hazırda Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır.

İsgəndər Həsənov

 





09.09.2025    çap et  çap et