525.Az

Azərbaycanda dövlət satınalmaları 57 faiz artıb


 

Azərbaycanda dövlət satınalmaları 57 faiz<b style="color:red"> artıb</b>

Ötən il Azərbaycan üzrə 19 602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57 % çoxdur. 

525.az bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.

Məlumata görə, bunun da 49,9 %-i və ya 9 781-i bir mənbədən, 50,1 %-i və ya 9 821-i isə müsabiqə əsaslı həyata keçirilib.

Hesabat dövründə satınalmaların ümumi məbləği isə 9 milyard 845 milyon manat təşkil edib ki, bu da müvafiq olaraq 30,5 % çoxdur. Satınalmaların ümumi məbləğinə görə bölgüsü isə 5 milyard 355 milyon manatı və ya 54,4 %-i bir mənbədən, 4 milyard 490 milyon manatı və ya 45,6 %-i isə müsabiqə əsaslı olub.

 





09.09.2025    çap et  çap et