525.Az

Ət payızda da bahalaşacaq - Ekspert


 

Ət payızda da bahalaşacaq - <b style="color:red">Ekspert</b>

“Ətin qiymətindəki artım payızda da davam edəcək. Bahalaşmanın başlıca səbəbi ət istehsalının azlığıdır. Bu problem aradan qalxmadıqca bahalaşma davam edəcək”.

Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a söyləyib.

O bildirib ki, bu gün ət istehsalının artırılması istiqamətində ciddi iş görülmür: “Heyvanlar üçün yığılan yemin qiyməti çox bahadır. Bu da heyvandarlıqla məşğul olan sahibkarların xərclərini artırır. Xərclər artdıqca onlar da məcbur olub ziyana getməmək üçün ətin qiymətini bahalaşdırırlar”.

Sevinc Qarayeva
 

 





09.09.2025    çap et  çap et