525.Az

Alim Qasımovdan daha bir möhtəşəm konsert


 

Alim Qasımovdan daha bir möhtəşəm konsert<b style="color:red"></b>

Böyük xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov Tehranda "Vəhdət" sarayında geniş konsert proqramı ilə çıxış edib.

Xanəndənin mətbuat katibi Səadət Möhübova AzərTAc-a bildirib ki, konsertdə Alim Qasımov qızı Əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşüb.

Konsertdə Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edib. Dünya şöhrətli ifaçının səsləndirdiyi xalq və bəstəkar mahnıları böyük alqışlarla qarşılanıb.

Səadət Möhübova deyib ki, nəzərdə tutulmuş iki konsertdən sonra böyük tamaşaçı istəyi nəzərə alınaraq üçüncü konsertin də keçirilməsinə qərar verilib. Bu səbəbdən də yanvarın 13-də Alim Qasımov yenidən Tehranda musiqisevərlər qarşısına çıxacaq.

Qeyd edək ki, Alim Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın "Milad" sarayında konsert verib.

 





13.01.2015    çap et  çap et