525.Az

Kreml Polşada pilotsuz təyyarələrlə bağlı insdenti şərh etməyib


 

Kreml Polşada pilotsuz təyyarələrlə bağlı insdenti <b style="color:red"> şərh etməyib</b>

“Kremlə Polşa hakimiyyətindən respublikanın hava məkanını pozan pilotsuz təyyarələrlə bağlı heç bir müraciət daxil olmayıb”.

525.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

O, insidenti şərh etməyib və bildirib ki, bu məsələ Kremlin deyil, Müdafiə Nazirliyinin səlahiyyətindədir.

“Avropa İttifaqı və NATO rəhbərliyi Rusiyanı hər gün təxribatlarda ittiham edir, əksər hallarda arqumentlər təqdim etməyə cəhd göstərmirlər”, - Peskov əlavə edib.

Pərvanə Sultanova

 





10.09.2025    çap et  çap et