525.Az

Fin dilində çıxan "Azərbaycanın lirika antologiyası" təqdim edilib


 

Fin dilində çıxan "Azərbaycanın lirika antologiyası" təqdim edilib<b style="color:red"></b>

Yazıçılar Birliyində  (AYB) Finlandiya da fin dilində nəşr olunan "Azərbaycanın lirika antologiyası"nın təqdimat mərasimi keçirilib.

AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, "Ntamo" nəşriyyatında  nəşr olunan "Azərbaycanın lirika antologiyası"nı Tahirə Cəfərova tərtib edib. Antologiyada Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Mirzə Ələkbər Sabir, Natəvan, Hüseyn Cavid, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Anar, Kamal Abdulla, Zəlimxan Yaqub, Çingiz Əlioğlu, Vahid Əziz, Nəsib Nəbioğlu, Səlim Babullaoğlu, Hamlet İsaxanlının şeirləri yer alıb.

Şeirləri fin dilinə Tahirə Cəfərova, Leevi Lehton, Hannu Məkələ, Yukka Mallinen, Timo Malmi tərcümə ediblər.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra "Azərbaycanın lirika antologiyası"nı tərtib edən Tahirə Cəfərovaya təşəkkürünü bildirib. Tərtibçiyə Azərbaycan Yazıçılar Birliyinin diplomu təqdim olunub.

AYB-nin Bədii Tərcümə  və  Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu fin dilində ilk dəfə belə bir antologiyanın nəşrinin tədqirəlayiq hal olduğunu qeyd edib, bu işin ardıcıl olmasını arzulayıb.

Təqdimat mərasimində Xalq şairi Fikrət Qoca, Vahid Əziz, Hamlet İsaxanlı, Əsəd Cahangir çıxış edərək Tahirə Cəfərovaya Azərbaycan poeziyasını Finlandiya oxucusuna tanıtdığı üçün təşəkkür ediblər.

Mərasimin sonunda Tahirə Cəfərova tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlıq edib.

S.ABDULLAYEVA

 





13.01.2015    çap et  çap et