525.Az

Ukrayna Rusiya aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb


 

Ukrayna Rusiya aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına Ukraynaya daha 1 milyard avro vəsait ayırıb. 

525.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib.

Sviridenko öz teleqram kanalında yazıb ki, bu tranş Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına maliyyələşdirilib.

Daha əvvəl xarici media Avropa Komissiyasının məlumatlarına istinadən xəbər yayıb ki, Aİ yanvar-iyul aylarında bu vəsaitdən Ukraynaya artıq 10,1 milyard avro köçürüb. Brüssel bu vəsaitləri əsasən hərbi və mülki layihələri dəstəkləmək üçün istifadə edir.

Pərvanə Sultanova

 





10.09.2025    çap et  çap et