525.Az

Azərbaycan və ABŞ enerji sahəsində sərmayələri genişləndirir


 

Azərbaycan və ABŞ enerji sahəsində sərmayələri genişləndirir<b style="color:red"></b>

Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri müzakirə edib.

525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, nazir ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.

Görüşdə yeni mərhələyə yüksələn enerji əlaqələrinə dair səmərəli müzakirələr aparılıb.

"Azərbaycanın enerji təchizatçısı missiyasının davam etdirilməsində ABŞ ilə əməkdaşlıq, Azərbaycanı Türkiyə, Avropa və Mərkəzi Asiya ilə müxtəlif istiqamətlərdə əlaqələndirən regional bağlantılar və enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri dəyərləndirdik", deyə P.Şahbazov bildirib.

 





10.09.2025    çap et  çap et