525.Az

"Xoca" Qahirədə


 

"Xoca" Qahirədə<b style="color:red"></b>

Vahid Mustafayevin “Xoca” filmi noyabrın 27-dən dekabrın 6-na kimi Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək 35-ci Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunacaq. 

525.az-ın məlumatına görə, "Xoca" kinofestivalın İnsan hüquqları bölməsinə daxil edilib. "Xoca" kinofestivalda noyabrın 29-da saat 10.00 və 21.30-da olmaqla iki dəfə nümayiş etdiriləcək.

“Bakı Film” kinostudiyasının direktor müavini, filmin festival və yayım komissiyasının üzvü Kamran Qasımov açıqlamasında bildirib ki, “Xoca” Qahirə festivalında təşkil edilən kino şirkətlərinin guşəsində-film-marketdə təqdim olunacaq. Bu guşədə “Bakı Film”in bu günə qədər çəkdiyi bütün filmlər təbliğ ediləcək. 
Festival noyabrın 27-də açılacaq və artıq noyabrın 28-dən Misir Opera Teatrının həyətində film-market fəaliyyətə başlayacaq. Film-marketdə “Bakı Film”in öz stendi və loqotipi, eləcə də orada “Bakı Film”in istehsal etdiyi məhsulların yarmarka şəklində nümayişi olacaq. Filmlərin nümayişi 28 noyabrdan 6 dekabradək davam edəcək.

Qahirə festivalında 3 yarışma bölməsi var. Birinci hissədə “Beynəlxalq uzun filmlər yarışması”, 2-ci “Beynəlxalq İnsan Hüquqları yarışması”, 3-cü “Beynəlxalq ərəb filmləri yarışması”. Bunlar 3-də beynəlxalq yarışma kateqoriyasına aiddir. “Xoca" kinofestivalın İnsan hüquqları bölməsinə daxil edilib. Bundan başqa festivalın müsabiqədən kənar ustad filmlərin nümayişi də var.

 

GÜNEL

 

 





26.11.2012    çap et  çap et