525.Az

Britaniyada aclıq böhranı - 14 milyon insanın qidaya əli çatmır


 

Britaniyada aclıq böhranı - <b style="color:red"> 14 milyon insanın qidaya əli çatmır</b>

Britaniyada aclıq böhranı yaşanır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Trussell” ərzaq bankı şəbəkəsinin hesabatına görə, 14 milyondan çox insanın ərzaq almaq üçün büdcəsi yetmir.

Hesabatda 2022-ci ildə 11,6 milyon olan aclıq yaşayan insanların sayının iki ildə 2,5 milyon artdığı qeyd edilib.

Mütəxəssislər böhranın əsas səbəbləri kimi aşağı gəlirlər, qeyri-adekvat sosial yardım, kirayə haqqı və enerji qiymətlərinin bahalaşmasını göstəriblər.

Hesabatda o da qeyd edilib ki, 5 yaşdan kiçik uşaqların 31 faizi aclıq təhlükəsi ilə üzləşən ailələrdə yaşayır.

Məhəmməd Tağıyev

 





10.09.2025    çap et  çap et