525.Az

“Apple” “iPhone 17”ni təqdim etdi


 

“Apple” “iPhone 17”ni <b style="color:red"> təqdim etdi</b>

ABŞ texnologiya nəhəngi “Apple” yeni smartfon modellərini - “iPhone 17”ni, yeni ağıllı saatı “Apple Watch Series 11”i və yeni simsiz qulaqlıqları - “AirPods Pro 3”ü təqdim edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi 5,6 mm qalınlığında olan “iPhone 17 Air” təqdimat zamanı böyük maraqla qarşılanıb. Bugünə qədərki ən güclü “iPhone” çipi olan yeni “A19 Pro” prosessoru ilə “iPhone 17 Air” 40 saata qədər video oxutması ilə seçilir və daxili generativ süni intellektlə təchiz olunub.

Tədbirdə təqdim edilən yeni simsiz qulaqlıq - “AirPods Pro 3”, səs-küyün ləğvi, məşq zamanı ürək döyüntüsünün monitorinqi və daha uzun batareya ömrü kimi xüsusiyyətlərlə seçilir.

“Apple”ın yeni ağıllı saatı “Watch Series 11” isə 24 saata qədər batareyaya sahib olacaq və yüksək qan təzyiqi olan xəstələri izləyə biləcək.

İbrahim Cəfərov

 





11.09.2025    çap et  çap et