525.Az

Hakan Fidan İtaliyaya gedir


 

Hakan Fidan <b style="color:red"> İtaliyaya gedir</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İtaliyaya işgüzar səfərə gedəcək.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, iki günlük səfəri çərçivəsində Fidan İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.

Hakan Fidanın italiyalı həmkarı ilə danışıqları zamanı iki strateji tərəfdaş və NATO müttəfiqi olan Türkiyə ilə İtaliya arasındakı əlaqələr müzakirə olunacaq.

Tərəflər Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsini də müzakirə edəcəklər.

Həmçinin səfər zamanı Türkiyə XİN başçısının Istituto Affari Internazionali beyin mərkəzində çıxışı da nəzərdə tutulub.

İbrahim Cəfərov

 





11.09.2025    çap et  çap et