İspaniyada uşaqların yanında siqaret çəkən valideynləri 100 avroya qədər cərimə gözləyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, yeni tütün qanununda nəzərdə tutulub. Qanun siqaretin terraslarda və azyaşlılar arasında istifadəsini qadağan etmək məqsədi daşıyır.
İspaniya Səhiyyə Nazirliyi tənzimləmənin əhalinin sağlamlığı üçün zəruri olduğunu vurğulayıb.
Artıq övladları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edilməsini nəzərdə yeni tütün qanun layihəsi parlamentə təqdim edilib. Qanun layihəsi terraslarda və azyaşlılar arasında siqaret və elektron siqaretdən istifadəni qadağan edəcək.
Səhiyyə naziri Monika Qarsiya yeni tənzimləmənin zəruriliyini vurğulayaraq, tütünün hər il 50 min insanı öldürdüyünü bildirib.
İbrahim Cəfərov
çap et