Türkiyənin paytaxtı Ankarada zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, Kalecik bölgəsində 4.1 bal gücündə baş verən zəlzələ yerli vaxtla 08:24-də qeydə alınıb.
Yeraltı təkanlar 11.08 km dərinlikdə baş verib.
Zəlzələ zamanı hər hansı dağıntı olmayıb.
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş hadisələri yaxından izlədiklərini bildirib: “Hazırda heç bir mənfi hadisə qeydə alınmayıb”.
İsgəndər Həsənov
çap et