"Azərbaycanın üçün gələcək təhlükənin qarşısını almaq çox vacibdir”.
525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
“Azərbaycanlıların öz yaraları var, onlar hesab edirlər ki, mən demirəm, düzdür, ya yox, amma onlar hesab edirlər ki, Ermənistan 30 il ölkələrinin ərazisinin 20 faizini işğal altında saxlayıb. Aydın məsələdir ki, Azərbaycan üçün gələcək təhlükənin qarşısını almaq və buna, məsələn, 50, 100 ildən sonra imkan verməmək vacibdir... Hər şey ola bilər”, - spiker söyləyib.
O, Ermənistan üçün kommunikasiyaların mümkün qədər tez açılmasının vacib olduğunu deyib.
Pərvanə Sultanova
çap et