525.Az

İsrail ordusu daha iki fələstinli bələdiyyə sədrini həbs edib


 

İsrail ordusu daha iki fələstinli bələdiyyə sədrini <b style="color:red"> həbs edib</b>

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində daha iki şəhərin bələdiyyə sədrini həbs edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Şile əl-Zəhr bölgəsində əməliyyat keçirib.

Şəhərin küçələrinə yerləşdirilən və zorla evlərə daxil olan israilli hərbçilər bələdiyyə sədri Əbdülfəttah Əbu Əli və daha dörd nəfəri saxlayıblar.

İsrail ordusu həmçinin Ceninin cənubuna da basqın edib, burada da daha üç fələstinli saxlanılıb.

Dünən isə İsrail ordusu Qüdsün şimalındakı Kubeybe şəhərinin meri Nafiz Hammudeni həbs etmişdi. Xatırladaq ki, sentyabrın 8-də Şərqi Qüdsün Ramot qovşağında 6 israillinin ölümü ilə nəticələnən avtobusa hücumu həyata keçirənlərin Kubeybe və Katne şəhərlərindən olmasının açıqlanmasından sonra İsrail ordusu Qüdsün şimalına basqınlarını artırıb.

İsgəndər Həsənov

 





11.09.2025    çap et  çap et