525.Az

Ter-Petrosyan “Zəngəzur nəqliyyat qovşağı” ifadəsindən istifadəni təklif edib


 

Ter-Petrosyan “Zəngəzur nəqliyyat qovşağı” ifadəsindən istifadəni <b style="color:red"> təklif edib</b>

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” anlayışından istifadə etməyi təklif edib.

525.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

“Mən “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizin fəal təbəqəsində müəyyən narahatlıqlara səbəb olur. Onu “Zəngəzur nəqliyyat qovşağı” ifadəsi ilə əvəz edərdim”, - sabiq prezident deyib.

O, əlavə edib ki, bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları - Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığına ümid edir:

“Böyük dövlətlər arasında ziddiyyətlər adətən kiçik ölkələrlə müqayisədə daha asan həll olunur, bu da böyük dövlətlərin yetkinliyi ilə izah olunur”.

Pərvanə Sultanova

 





11.09.2025    çap et  çap et