525.Az

Paşinyan NATO-dakı səfirlərlə Vaşinqton Bəyannaməsini müzakirə edib


 

Paşinyan NATO-dakı səfirlərlə Vaşinqton Bəyannaməsini <b style="color:red"> müzakirə edib</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkəyə səfər edən NATO-da akkreditə olunmuş səfirlərlə görüşüb.

525.az xəbər verir ki, görüş zamanı Ermənistan-NATO tərəfdaşlığı müzakirə olunub, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Paşinyan Ermənistanın sülh və sabitliyin möhkəmləndirilməsi siyasətini təqdim edib. Bu kontekstdə avqustun 8-də Ermənistan və Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinə, həmçinin sülh və münasibətlərin bərqərar olmasına dair sazişin paraflanmasına toxunub.

O, Ermənistanın beynəlxalq tərəfdaşlarla, o cümlədən NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, bunun da regionda təhlükəsizlik və sabitlik gündəliyinin irəliləməsinə töhfəsini vurğulayıb.

Səfirlər öz növbəsində Vaşinqton Bəyannaməsinin imzalanmasını və sülh sazişinin paraflanmasını alqışlayaraq, bunu regionda uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli addım adlandırıblar. Onlar Ermənistanla tərəfdaşlığı da yüksək qiymətləndiriblər.

Pərvanə Sultanova

 





11.09.2025    çap et  çap et