525.Az

Tramp Kirki ölümündən sonra Azadlıq medalı ilə təltif edəcək


 

Tramp Kirki ölümündən sonra Azadlıq medalı ilə<b style="color:red"> təltif edəcək</b>

ABŞ prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirki Prezidentin Azadlıq medalı ilə təltif edəcək.

525.az xəbər verir ki, bu barədə ABŞ lideri 2001-ci il 11 sentyabr terror aktları qurbanlarının anım mərasimində deyib.

O, siyasi fəalın qətli ilə bağlı kədər və qəzəbini ifadə edərək, hadisəni “Amerika üçün qaranlıq məqam” adlandırıb.

Qeyd edək ki, dünən Yuta Universitetində çıxışı zamanı Kirk sui-qəsdə məruz qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.

Azadlıq Medalı ABŞ-da ən yüksək mükafatdır. 1945-ci ildə prezident Harri Trumenin qərarı ilə hərbi əməliyyatlar zamanı fərqlənən şəxsləri mükafatlandırmaq üçün təsis edilib. 1963-cü ildə prezident Con Kennedi mükafatın əsasnaməsini dəyişdirib və o, sülh dövründə “Birləşmiş Ştatların təhlükəsizliyinə və ya milli maraqlarına, dünya sülhünə töhfələrə, digər mühüm ictimai fəliyyətə görə verilməyə başlayıb.

Pərvanə Sultanova

 





11.09.2025    çap et  çap et