525.Az

Yaponiyada 206 deputatdan hökumətə müraciət


 

Yaponiyada 206 deputatdan hökumətə müraciət<b style="color:red"></b>

 

Yaponiyada 206 parlament üzvü tərəfindən imzalanan və hökumətdən Fələstin Dövlətini tanıması tələbi ilə yazılan məktub xarici işlər naziri İvaya Takeşiyə təqdim edilib.

525.az xəbər verir ki, Ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasından (CDP) olan Abe Tomoko da daxil olmaqla üç parlament üzvü 206 parlament üzvü tərəfindən imzalanmış məktubu xarici işlər naziri İvaya Takeşiyə təqdim edib.

CDP və hakim Liberal Demokrat Partiyası (LDP) daxil olmaqla müxtəlif partiyaların üzvlərindən ibarət qrup məktubla hökumətdən Fələstin Dövlətini tanımasını tələb edib.

Qeyd edək ki, İvaya: “Bu qədər imza toplandığı üçün bu məsələyə ciddi yanaşıram”.”, - deyə bildirib.

Ləman Tağıyeva

 





11.09.2025    çap et  çap et