525.Az

Polşa sərhədə 40 minə yaxın hərbçi göndərəcək


 

Polşa sərhədə 40 minə yaxın hərbçi göndərəcək<b style="color:red"></b>

 

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik Rusiya və Belarusun birgə “Zapad-2025” hərbi təliminə cavab olaraq ölkənin şərq sərhədinə təxminən 40 min hərbçi yerləşdirəcəyini bildirib.

525.az xəbər verir ki, Tomçik ölkəsinin uzun müddətdir ki, “Zapad-2025” təliminə hazırlaşdığını və ordunun 30 mindən çox üzvünün iştirakı ilə təlimlər keçirdiyini qeyd edib.

Tomçik Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozmasının “Zapad-2025” təlimi ilə bağlı olduğunu vurğulayıb.

Ləman Tağıyeva

 





11.09.2025    çap et  çap et