525.Az

"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - RƏSMİ


 

"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - <b style="color:red">RƏSMİ</b>

"Qarabağ" oyunçusu Aleksey İsayevlə yollarını ayırıb. 

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi yarımmüdafiəçinin transferi məsələsində “Sabah”la razılığa gəlib.

Qeyd edək ki, 2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey komanda ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. 

 





11.09.2025    çap et  çap et