525.Az

Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunub


 

Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunub<b style="color:red"></b>

“Abşeron yarımadasındakı sürüşmə sahələrində vəziyyət stabildir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
 
S.Əmiraslanov Abşeron yarımadasındakı Masazır, Badamdar, Bayıl, Zığ, Əhmədli-1 və Əhmədli-2 klassik sürüşmə sahələrində elə bir ciddi dəyişikliyin baş vermədiyini bildirib: “Əvvəlki illərdə Bayıl, Masazır, Əhmədli və Badamdar sürüşmə sahələrində sürüşməyə qarşı tədbirlər həyata keçirilib. Həmin sahələrdə o vaxtdan indiyə kimi stabil vəziyyət davam edir”.
 
S.Əmiraslanov Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunduğunu da qeyd edib: “Qismən Zığ sürüşməsinin kütləsi üzərində olan çatlarda genişlənmələr əmələ gəlib”.
 
S.Əmiraslanov Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanında vəziyyətin olduğu kimi qaldığını da əlavə edib.

 





13.01.2015    çap et  çap et