525.Az

Nepalda 15 min məhbus həbsxanadan qaçıb


 

Nepalda 15 min məhbus həbsxanadan<b style="color:red"> qaçıb</b>

Nepalda hökumətin korrupsiyası və sosial media qadağası nəticəsində ölkəni bürüyən etirazlar zamanı 25 həbsxanadan 15 min məhbus qaçıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qaçışlar etirazçıların həbsxana obyektlərinə basqın etmələri, inzibati binaları yandırmaları və keçidləri açıq qoymalarından sonra baş verib.

Qaçış zamanı üç polis əməkdaşı və beş məhbus həlak olub.

Qeyd edək ki, Baş nazir Olinin istefasından sonra Nepalda siyasi qeyri-müəyyənlik davam edir. Hərbçilərin müvəqqəti rəhbər təyin etmək üçün gənclərlə danışıqlar apardığı bildirilir.

İbrahim Cəfərov  

 





12.09.2025    çap et  çap et