525.Az

Fransa Polşaya 3 qırıcı təyyarə göndərəcək


 

Fransa Polşaya 3 qırıcı təyyarə<b style="color:red"> göndərəcək</b>

Fransa Polşanın hava məkanını qorumaq üçün 3 "Rafale" qırıcısı göndərəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.

O, Avropanın şərq sərhədlərinin və Polşa hava məkanının daha yaxşı qorunması üçün yaxın gələcəkdə 3 "Rafale" qırıcısının bu ölkəyə göndəriləcəyini, bununla bağlı Polşanın baş naziri Donald Tuska söz verdiyini qeyd edib.

Yeri gəlmişkən, Makron bu barədə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Kir Starmer ilə məsləhətləşdiyini də bildirib.

L.Tağıyeva

 





12.09.2025    çap et  çap et