525.Az

Polşa Belarusla sərhədə 40 min əsgər yerləşdirib


 

Polşa Belarusla sərhədə 40 min əsgər yerləşdirib<b style="color:red"></b>

Polşa Belarusla sərhədə 40 min əlavə əsgər yerləşdirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezariy Tomçik yerli telekanallardan birinə müsahibəsi zamanı bildirib.

Tomçik bunu Belarus və Rusiyanın birgə keçirdikləri "Zapad-2025" hərbi təliminə cavab olaraq etdiklərini söyləyib.

Qeyd edək ki, "Zapad-2025" təlimləri bu gün başlayıb və sentyabrın 16-a kimi davam edəcək.

L.Tağıyeva

 





12.09.2025    çap et  çap et