525.Az

Laçın şəhərində əmək yarmarkası keçiriləcək


 

Laçın şəhərində əmək yarmarkası keçiriləcək<b style="color:red"></b>

Dövlət Məşğulluq Agentliyi sentyabrın 16-da Laçın şəhərində əmək yarmarkası keçirəcək.

525.az xəbər verir ki, tədbir Agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında təşkil olunacaq.

″Laçın″ İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

 





12.09.2025    çap et  çap et