525.Az

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 faizdən çox artıb


 

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 662,6 milyon kubmetr qaz nəql edilib.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 0,7 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 57 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 15 milyard 200,5 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,2 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

 





12.09.2025    çap et  çap et