525.Az

Braziliyanın keçmiş prezidentinə 27 il həbs cəzası verildi


 

Braziliyanın keçmiş prezidentinə<b style="color:red"> 27 il həbs cəzası verildi</b>

Braziliyanın keçmiş prezidenti Jair Messias Bolsonaru 2022-ci il seçkilərində uduzduqdan sonra “demokratik quruluşu devirmək üçün sui-qəsd” ittihamı ilə 27 il 3 ay həbs cəzasına məhkum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Ali Məhkəməsinin Birinci Palatası Bolsonarunu prezident Luiz İnasio Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhddə təqsirli bilib.

Məhkəmədəki 5 hakimdən 4-ü sabiq prezidenti təqsirli sayıb.

Jair Messias Bolsonaru “zorakılıq yolu ilə demokratik hüquqi nizamı devirməyə cəhd, dövlət çevrilişinə cəhd, silahlı cinayət təşkilatına üzvlük və ictimaiyyət tərəfindən qorunan irsə ziyan vurmaqda” günahkar bilinib.

Braziliya mətbuatı Bolsonaruya qarşı məhkəmə proseslərini və hökmü "tarixi" kimi xarakterizə edir. Çünki Braziliya tarixində heç bir keçmiş prezident demokratik təsisatlara qarşı ittihamlarla oxşar şəkildə məhkum edilməyib.

İbrahim Cəfərov

 





12.09.2025    çap et  çap et