525.Az

Rusiyada psixiatrik klinikada yanğın - ağır xəsarət alanlar var


 

Rusiyada psixiatrik klinikada yanğın - <b style="color:red"> ağır xəsarət alanlar var</b>

Tambovda psixiatrik xəstələrin müalicə aldığı xəstəxanada yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında başlayan yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Xəstəxanadan ümumilikdə 50-dən çox insan təxliyə edilib. Onlardan 5-i müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Tambovun digər klinikalarına yerləşdirilib. Səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti kritikdir.

Qeyd edək ki, yanğının hansı səbəbdən başladığı bəlli deyil. Xəstəxananın yerləşdiyi Oktyabrsk rayonunun prokurorluğunda faktla bağlı araşdırma aparılır.

L.Tağıyeva

 





12.09.2025    çap et  çap et