525.Az

Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 1 faizə yaxın azalıb


 

Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 1 faizə yaxın azalıb<b style="color:red"></b>

Azərbaycanda kənd təsərrüfatı istehsalı bu ilin yanvar-avqust aylarında 1%-ə yaxın azalıb.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilk səkkiz ayında kənd təsərrüfatı istehsalının həcmi 9 424,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,8% azdır. Azalma əsasən bitkiçilik üzrə baş verib. Belə ki, bu dövrdə bitkiçilik üzrə istehsal 2,5% azalaraq 4 776,1 milyon manata enib.

Heyvandarlıq sahəsi isə 1,1% artaraq 4 648,1 milyon manata bərabər olub.

 





12.09.2025    çap et  çap et