525.Az

İzmirdə əməliyyat - 3 nəfər saxlanılıb


 

İzmirdə əməliyyat - <b style="color:red"> 3 nəfər saxlanılıb</b>

İzmir polisi silahlı terror təşkilatlarını təbliğ etməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat bu gün yerli vaxtla səhər saat 08.00 radələrində İzmirin müxtəlif rayonlarında eyni vaxtda keçirilib.

Əməliyyatlar zamanı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hazırda şübhəlilər dindirilir.

İsgəndər Həsənov

 





12.09.2025    çap et  çap et