525.Az

Pərviz Şahbazov Samuxda vətəndaşların müraciətlərin dinləyib


 

Pərviz Şahbazov Samuxda vətəndaşların müraciətlərin dinləyib<b style="color:red"></b>

Energetika naziri Pərviz Şahbazov Samux rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, sayğacların quraşdırılması, elektrik dirəklərinin istismar vəziyyəti, mühafizə zonaları, elektrik enerjisinin keyfiyyəti, qaz təchizatında fasilələr, küçə işıqlandırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Gəncə, Göygöl, Şəki şəhərləri və Abşeron, Samux, Goranboy rayonlarından olan 34 vətəndaş iştirak edib.

 





12.09.2025    çap et  çap et