Almaniya hökuməti NATO çərçivəsində alman qoşunlarının Polşa üzərində həyata keçirdiyi “hava polisi” missiyasını genişləndirəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.
O, açıqlamasında Almaniya hökumətinin Rusiyanın Polşa hava məkanını bir müddət əvvəl pozmasına cavab olaraq NATO-nun şərq sərhədindəki varlığını gücləndirəcəyini bildirib:
“Almaniya hökuməti Baltikyanı ölkələr və Polşada mövcud öhdəliklərə əlavə olaraq Polşa üzərində öz hava polisi missiyasını uzadacaq və genişləndirəcək”.
Məhəmməd Tağıyev
çap et