525.Az

Banklar biznes subyektlərinə kredit verməkdən çəkinirlər - Ekspert


 

Banklar biznes subyektlərinə kredit verməkdən çəkinirlər - <b style="color:red">Ekspert</b>

“Bu gün ölkədə etibar ediləcək kiçik və orta biznes nümunələri çox azdır. Banklar onlara kredit verib geri alan zaman bir çox problemlərlə üzləşirlər. Aylıq ödənişlərdə ləngimələr, məbləğın bəzən tam ödənilməməsi kimi məsələlər ortaya çıxır. Ona görə də  bankların çoxu bu biznes subyektlərinə kredit verməkdən çəkinirlər”.

Bunu bank məsələri üzrə eksperti Əkrəm Həsənov 525.az-a deyib. O bildirib ki, bəzən banklar kredit vermək üçün bu subyektlər qarşısında bir sıra şərtlər qoyur. Yəni krediitin verilməsi prosesini çətinləşdirir. Nəticədə də    sahibkarlar biznesləri inkişaf etdirmək üçün banklardan krediti götürə bilmirlər. Bu zaman isə şikayətlər çoxalır:

“Sahibkarlar bankları  kredit şərtlərinin ağır olmasında günahlandırırlar. Burada əsas məsələ kreditin geri qaytarılması zamanı yaşanan çətinliklərdir. Bu səbəbdən banklar sahibkarlara kredit verilməsi şərtlərini çətinləşdirir”.

Sevinc QARAYEVA
 
 

 





12.09.2025    çap et  çap et