525.Az

Prezident xorvatiyalı həmkarını təbrik edib


 

Prezident xorvatiyalı həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev xanım Kolinda Qrabar-Kitaroviçi Xorvatiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
”Hörmətli xanım Qrabar-Kitaroviç, Xorvatiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
 





13.01.2015    çap et  çap et